Elçin Əmirbəyov: “Fransanın “vasitəçi” və ya “asanlaşdırıcı” kimi etibarlılığı yoxdur”

Hazırda oxunan: Elçin Əmirbəyov: “Fransanın “vasitəçi” və ya “asanlaşdırıcı” kimi etibarlılığı yoxdur”

159580

“Fransanın Ermənistanla Azərbaycan arasında asanlaşdırıcı rol oynamaq ambisiyası var. Amma, eyni zamanda, biz mütəmadi olaraq Fransadan Azərbaycana qarşı və Ermənistanın xeyrinə hər cür ittihamlar eşidirik. Onlar bizi ermənilərin Qarabağı zorla tərk etməsində, bizi “cinayətdə” ittiham edirlər”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Radio France”a müsahibəsi zamanı deyib. 

E. Əmirbəyov qeyd edib ki, hər şeydən əvvəl, bu, bəyanatlardan kənara çıxan amillərdir:

“Belə bir qərar var ki, Azərbaycana qarşı olan Ermənistana müharibə materiallarının verilməsi ciddi şəkildə nəzərdən keçirilsin.  

Ona görə də hazırda Fransanın “vasitəçi” və ya “asanlaşdırıcı” kimi etibarlılığı demək olar yoxdur. Bu qərar bizi olduqca təhlükəli vəziyyətə sala bilər. Biz bunu Fransanın Ermənistanı silaha sarılmaqla ölkəmizə yenidən hücuma təhrik etməsi kimi şərh edə bilərik”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO