Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri Moskvada görüşdü

Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri Moskvada görüşdü

Hazırda oxunan: Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri Moskvada görüşdü
10289
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinləri Moskvada üçtərəfli görüş keçirib.

Bizim.Media xəbər verir ki, Rusiya tərəfdən danışıqlarda Aleksey Overçuk, Azərbaycandan Şahin Mustafayev, Ermənistandan isə Mqer Qriqoryan iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə Rusiya Qarabağda birlikdə - Tarixi an - VİDEO


Görüşdə Cənubi Qafqazda nəqliyyat əlaqələrinin qurulması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər ekspert alt qruplarının yaradılması barədə razılığa gəliblər.

Bundan əlavə, Qarabağ üzrə işçi qrupunun iclasında dəmir yolu, avtomobil və daşınmalarla bağlı, həmçinin təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla, nəqliyyatın təmin edilməsinə dair razılıq əldə olunub.

Baş nazir müavinləri ekspert alt qruplarının formalaşdırılmasını 2 fevral 2021-ci ilə qədər tamamlamağa qərar veriblər.

Bizim.Media

Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri Moskvada görüşdü - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO