Bədəniniz SOS siqnalı verir – Bu əlamətlərə laqeyd qalmayın!

Bədəniniz SOS siqnalı verir – Bu əlamətlərə laqeyd qalmayın!

Hazırda oxunan: Bədəniniz SOS siqnalı verir – Bu əlamətlərə laqeyd qalmayın!
649756
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Payız aylarında immun sisteminin zəifləməməsi üçün vitamin və mineral balansına diqqət yetirmək, yuxu rejimini qorumaq və xroniki xəstəlikləri nəzarətdə saxlamaq vacibdir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “yenisabah.az”a açıqlama verən terapevt Rasif Bağırovun sözlərinə görə, payız mövsümündə orqanizmin möhkəm qalması üçün ilk növbədə hansı vitamin və mineralların çatışmadığını müəyyənləşdirmək lazımdır.

Onun sözlərinə görə, bunun üçün müayinələrdən keçmək, orqanizmdə çatışmayan vitamin və mineralları müəyyən edərək həmin çatışmazlığı aradan qaldırmaq lazımdır. 

Həkim qeyd edib ki, həddindən artıq yorğunluq, yuxusuzluq və uzun müddət soyuq şəraitdə qalmaq da immun sistemini zəiflədən amillərdəndir. Bu cür halların qarşısını almaq üçün gündəlik həyat şəraitini düzgün qurmaq və immun sisteminə mənfi təsir göstərən amillərdən uzaq durmaq lazımdır.

R.Bağırov xroniki xəstəlikləri olan şəxslərin də diqqətli olmasının vacibliyini vurğulayıb. O bildirib ki, belə insanlar xəstəliklərinin aktivləşməməsi üçün müalicələrini davam etdirməli və həkim tərəfindən təyin olunan dərmanları qəbul etməlidirlər.

Terapevtin sözlərinə görə, sadalanan məqamlara əməl etmək immun sisteminin zəifləməsinin qarşısını almağa kömək edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO