Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildi

Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildi

Hazırda oxunan: Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildi
649761
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Saxta pasportla Azərbaycana gələn İran vətəndaşları olan ər-arvad həbs ediliblər.

Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verib.

İran vətəndaşları olan ər və arvad 22 min avro ödəməklə saxta Rumıniya vətəndaşlığı pasportları alıb, adlarını dəyişdirərək Andrey Popesku və Yelena Popesku ediblər. Onlar həmin pasportlarla Azərbaycana gələrək buradan Avropa ölkələrindən birinə qaçmaq qərarı veriblər.

Ər-arvad İrandan təyyarə ilə Bakıya gəlsələr də, nəzarət-buraxılış məntəqəsində saxlanılıblar.

Araşdırmalarla onların Urmiyadan gələn İran vətəndaşları olduqları və saxta pasport əldə etdikləri məlum olub.

Hər iki şəxs saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Andrey Popesku 1 il 7 ay, Yelena Popesku isə 1 il 2 ay azadlıqdan məhrum ediliblər. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO