
- A-
- A
- A+
“Qəpik-quruşla pul yığıb ev almışam, gəlib qarşısını hasarla kəsirlər” - Video
13 mərtəbəli binanın qarşısında qeyri-yaşayış obyekti inşa edilib və onun dam hissəsində tikinti layihəsində nəzərdə tutulmayan ekran tipli hasar hörülüb. Boyu ətrafdakı binaların boyuna bərabər olan bu divar sakinlərin eyvanın qarşısnı da bağlayır.
Bizim.Media xəbər verir ki, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58A ünvanında, "Səfalı" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının sakini Elçin Amanəliyev bu iddianı səsləndirib.
Elçin Amanəliyev iddia edir ki, MTK tərəfindən layihədə nəzərdə tutulmayan həmin tikilinin sökülməsi ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və FHN-in Tikintiyə Nəzarət Agentliyi tərəfindən qərar verilsə də, bunun icrası ləngidilir.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































