Qubada Qarabağ müharibəsi qazisinin həyat yoldaşına yüksək vəzifə verildi – Foto

Qubada Qarabağ müharibəsi qazisinin həyat yoldaşına yüksək vəzifə verildi – Foto

Hazırda oxunan: Qubada Qarabağ müharibəsi qazisinin həyat yoldaşına yüksək vəzifə verildi – Foto
649759
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qubada Qarabağ müharibəsi qazisi Zaur Gülməmmədovun həyat yoldaşı Ofeliya Gülməmmədova yüksək vəzifəyə təyinat alıb.

Bu barədə qazi Zaur Gülməmmədov Bizim.Media-ya məlumat verib.

Onun sözlərinə görə, həyat yoldaşı Qubanın Daşqın Cavadov adına Qələduz kənd tam orta məktəbinə direktor təyin olunub.

O, bundan əvvəl həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirdi.

Zaur Gülməmmədov həyat yoldaşının direktorların işə qəbulu üzrə keçirilən imtahanlarda uğurla iştirak etdiyini deyərək göstərilən etimada görə əməyi keçənlərə təşəkkür edib.

Qeyd edək ki, Zaur və Ofeliya Gülməmmədovlar 2024-cü ildə əkiz qız valideynləri kimi Bizim.Media-nın müsahibi olmuşdular.

Cütlüyün Dərya və Dəniz adlandırdıqları qız övladları 2024-cü il noyabrın 8-də – Zəfər Günündə dünyaya gəlib.

Qubada Qarabağ müharibəsi qazisinin həyat yoldaşına yüksək vəzifə verildi – Foto - foto 1
Qubada Qarabağ müharibəsi qazisinin həyat yoldaşına yüksək vəzifə verildi – Foto - foto 2
Qubada Qarabağ müharibəsi qazisinin həyat yoldaşına yüksək vəzifə verildi – Foto - foto 3

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO