Bakıda binanın önünə qoyulub, amma 127 minə satılır – Foto

Bakıda binanın önünə qoyulub, amma 127 minə satılır – Foto

Hazırda oxunan: Bakıda binanın önünə qoyulub, amma 127 minə satılır – Foto
649749
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda köhnə avtomobillərin 80-100 min manata satıldığı müşahidə olunur. Bura “06”, “07”, 1990-cı illərin “Mercedes” modelləri də daxildir. Bəzən binanın qarşısında illərdir çürüməkdə olan VAZ markalı avtomobilin yüksək qiymətə satışa çıxarıldığı görünür.

Bəs bunun səbəbi nədir? Həmin avtomobillər hazırda uzun məsafəli səfərlər üçün nə dərəcədə təhlükəsizdir?

Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, baha satılan bu avtomobillər retro sinfinə aiddir:

“Onun digər avtomobillərdən fərqi daha koloritli və keçmişə aid olması ilə əlaqədardır. Bu gün retro avtomobillərin istifadəsi, necə deyərlər, fəxarətlə qeyd olunan bir tendensiyadır. Ona görə ki retro avtomobillər sinfi bahalı avtomobillər tipinə aiddir”.

Ekspert bildirib ki, bu avtomobillərin istismarı da bahalıdır, onların funksionallığı, ehtiyat hissələri, əl işləri və sair də əlavə xərc tələb edir:

“Bu səbəbdən də həmin avtomobillər sahibləri tərəfindən adətən baha satılır. Daha qədim, daha koloritli avtomobillərin istismarı prestij sayılır. Prestij sayıldığı üçün də belə bahadır”.

Bakıda binanın önünə qoyulub, amma 127 minə satılır – Foto - foto 1

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO