Məcburi köçkünlərlə ev sahibi arasında gərgin anlar - Video

Məcburi köçkünlərlə ev sahibi arasında gərgin anlar - Video

Hazırda oxunan: Məcburi köçkünlərlə ev sahibi arasında gərgin anlar - Video
649754
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"30 il öncə evimizdə məskunlaşan keçmiş məcburi köçkün ailəsi indi həmin mənzili bizə qaytarmaq istəmir".

Bizim.Media “Xəzər TV”yə xəbər verir ki, bu iddia ilə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yerləşən mənzilin qanuni sahibi Balahəsən Aydınovun həyat yoldaşı çıxış edib. 

O bildirib ki, illər əvvəl evlərinə məcburi şəkildə yerləşən Qubadlı rayon sakini Pənah Mütəllimov və ailəsi mənzili tərk etmək istəmir.

Şikayətçinin sözlərinə görə, əllərində mənzilin boşaldılması ilə bağlı rəsmi məhkəmə qətnaməsi olsa da, qarşı tərəf buna məhəl qoymur.

Məsələni yerində araşdırmaq üçün ev sahibi ilə birlikdə sözügedən ünvana yollandıq. Qapı açılar-açılmaz ev sahibləri içəri daxil oldular və tərəflər arasında gərginlik yarandı.

Keçmiş məcburi köçkün Pənah Mütəllimov deyir ki, onlar yalnız doğma ata-baba yurdlarına, Qubadlıya köçürüləcəkləri gün bu evdən çıxacaqlar.

Daha ətraflı videoda:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO