Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb - FOTO/VİDEO

Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb - FOTO/VİDEO

Hazırda oxunan: Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb - FOTO/VİDEO
649745
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində keçirilən "Sabah" – "Barselona" futbol oyunu ilə əlaqədar polis və Daxili Qoşunların hərbi qulluqçuları ictimai asayişin və təhlükəsizliyin təmin olunması məqsədilə gücləndirilmiş rejimdə xidmət aparıblar.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd olunub ki, oyunun keçirildiyi və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri görülüb, azarkeşlərin stadiona giriş-çıxışının təşkili, onların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi üçün zəruri tədbirlər görülüb.
 

Bununla yanaşı, nəqliyyatın hərəkətində fasiləsizliyin təmin olunması, mümkün sıxlığın qarşısının alınması və yol hərəkəti təhlükəsizliyinin qorunması məqsədilə müvafiq istiqamətlərdə əlavə polis naryadları xidmətə cəlb edilib.


"Polis və Daxili Qoşunların hərbi qulluqçuları qarşılaşma başa çatana və azarkeşlərin mənzilbaşına çatanadək ictimai asayişin qorunması və təhlükəsizlik tədbirlərinin təmin edilməsi istiqamətində xidmətlərini davam etdirəcəklər", - deyə məlumatda qeyd olunub.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO