İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi olub - FOTO/VİDEO

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi olub - FOTO/VİDEO

Hazırda oxunan: İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi olub - FOTO/VİDEO
649742
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 25-də İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova forum çərçivəsində keçirilən panel müzakirələrinin parlamentlərimizin müvafiq komitələrinin fəaliyyəti və Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın əsas sahələri ilə bağlı geniş məsələləri əhatə etdiyini deyib.

Onun sözlərinə görə, bu formatın xüsusi dəyəri parlament üzvləri arasında birbaşa ünsiyyət, qanunvericilik təcrübəsi mübadiləsi üçün yaratdığı imkanlarla bağlıdır.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun Bakı Bəyannaməsinin razılaşdırılmış layihəsini təqdim edib. Bəyannamə qəbul olunub.
 

Sahibə Qafarova bildirib ki, Bakı Bəyannaməsinin qəbul edilməsi parlamentlərarası dialoqun davamlılığının təmin olunması və daha məzmunlu olması baxımından vacibdir. Onun müddəalarının həyata keçirilməsi ikitərəfli əməkdaşlığın qanunvericilik bazasının möhkəmləndirilməsinə və dövlətlərimizin rəhbərlikləri səviyyəsində əldə edilmiş razılaşmaların yerinə yetirilməsinə töhfə verəcək.


Qeyd olunub ki, Forumun əsas nəticələrindən biri Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi arasında Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın ilk iclası olacaq.

Sahibə Qafarova Komissiyanın işinin prioritet sahələrdə sistemli əməkdaşlığı təmin edəcəyinə, yeni təşəbbüslər irəli sürəcəyinə və birgə fəaliyyət imkanlarını genişləndirəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Bağlanış mərasimində çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva bildirib ki, forum çərçivəsində aparılan müzakirələr əsası prezidentlərimiz tərəfindən qoyulmuş müttəfiqliyin daha da möhkəmlənməsinə və ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına töhfə verəcək.

O, hüquqi və beynəlxalq əməkdaşlıq, iqtisadi və texnoloji layihələr, humanitar və gənclər siyasəti sahəsində əlaqələrin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın önəmli rol oynadığını və ölkələrarası münasibətlərin inkişafına töhfə verdiyini söyləyib.

Bildirib ki, qanunverici orqanlar arasında qarşılıqlı dialoq etimadın möhkəmlənməsinə və ortaq təşəbbüslərin icrasına zəmin yaradır.

Tənzilə Narbayeva İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun yekunları ilə bağlı qəbul edilmiş Bakı Bəyannaməsinin mühüm əhəmiyyətini vurğulayıb.
 

Foruma yekun vuran Sahibə Qafarova Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisi arasında imzalanmış 2027-2028-ci illər üçün yeni “Yol xəritəsi”nin birgə işin mühüm nəticəsi olduğunu qeyd edib.


Bununla da İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu başa çatıb.



İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi olub - FOTO/VİDEO - foto 1
İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi olub - FOTO/VİDEO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO