
- A-
- A
- A+
Gənc qadına qarşı zorakılıq iddiası - Polis hərəkətə keçdi - Video
Sosial şəbəkələrdə gənc qadının zorakılığa məruz qalması ilə bağlı iddialar yayılıb.
Bizim.Media xəbər verir ki, qadın video çəkərək bədənindəki xəsarət izlərini nümatiş etdirib.
O, Həsənli Abbas Tağı oğlu tərəfindən döyüldüyünü və təhdid edildiyini və ölüm təhlükəsinin olduğunu iddia edib.
Paylaşılan digər videoda isə sözügedən şəxsin qadının evinə gələrək ona hücum etməyə çalışdığı əks olunub. Digər bir kadrlarda isə sözügedən şəxsin qadının evinə hücum edərək pəncərəyə daş atdığı görünür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb. Yayılan görüntülərdən sonra hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































