Nazarbayevin təsviri olan əskinas dövriyyəyə buraxıldı - FOTO

Nazarbayevin təsviri olan əskinas dövriyyəyə buraxıldı - FOTO

Hazırda oxunan: Nazarbayevin təsviri olan əskinas dövriyyəyə buraxıldı - FOTO
48549
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, 30 il bundan əvvəl bu gün Nursultan Nazarbayev Qazaxıstanın ilk Prezidenti seçilib. 

Bizim.Media xəbər verir ki, bu əlamətdar günlə bağlı ölkədə Nazarbayevin təsviri olan əskinas (20 min tenge) dövriyyəyə buraxılıb.
 

Qeyd edək ki, 1991-ci il dekabrın 1-də Qazaxıstan SSR-də bir namizədin iştirakı ilə ilk ümumxalq prezident seçkiləri keçirilib. Nəticədə Nazarbayev seçicilərin 98,7 faizinin dəstəyini qazanıb.


Dekabrın 10-da Qazaxıstan SSR-in adı dəyişdirilərək Qazaxıstan Respublikası adlandırılıb.

1991-ci il dekabrın 16-da Qazaxıstan SSR Ali Soveti Qazaxıstan Respublikasının Dövlət Müstəqilliyi haqqında Qanun qəbul edib və Nursultan Nazarbayev Qazaxıstan Respublikasının ilk Prezidenti olub. 5 gün sonra bu statusda o, SSRİ-nin ləğvini təsdiq edən MDB-nin məqsəd və prinsipləri haqqında Alma-Ata bəyannaməsini imzalayıb.
 

1995-ci il aprelin 29-da keçirilən referendum nəticəsində Nazarbayevin prezidentlik müddəti 2000-ci ilə qədər uzadılıb.


2019-cu il martın 19-da o, 2019-cu il martın 20-dən istefası haqqında sərəncam imzalayıb. Nazarbayev xalqa müraciətində deyib:

“Prezident kimi səlahiyyətlərimə xitam vermək qərarına gəldim. Bu il mənim ən yüksək vəzifəni tutmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstanın ilk prezidenti olmaq imkanı verdi”.

Bizim.Media

Nazarbayevin təsviri olan əskinas dövriyyəyə buraxıldı - FOTO - foto 1
Nazarbayevin təsviri olan əskinas dövriyyəyə buraxıldı - FOTO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO