Azərbaycanlı futbolçu Konfrans Liqasına sifariş edildi

Azərbaycanlı futbolçu Konfrans Liqasına sifariş edildi

Hazırda oxunan: Azərbaycanlı futbolçu Konfrans Liqasına sifariş edildi
649428
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

 Azərbaycanlı futbolçu Murad Məmmədov Kiprin “Pafos” klubunun UEFA Konfrans Liqası üçün sifariş ərizəsinə daxil edilib. Bu, Mumi Nqamaleunun zədələnərək uzun müddətə sarıdan çıxmasına görə baş verib.

Bizim.Media Kipr mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Rikardo Sa Pinto yarışın əsasnaməsindən istifadə edərək,  Mumi Nqamaleunun əvəzinə azərbaycanlı hücumçunu seçib. 

Kamerunlu cinah oyunçusu zədə səbəbindən qarşıdakı bir neçə ay ərzində yaşıl meydanlardan kənarda qalacaq.

Kipr mətbuatı Məmmədovun indiyədək kifayət qədər oyun vaxtı qazanmaması fonunda bu qərarı maraqlı seçim kimi qiymətləndirib.

Daha əvvəl “Pafos”un avrokuboklar üçün sifariş ərizəsinə Məmmədov və ya Zaqenin daxil ediləcəyi bildirilmişdi. Yekunda seçim azərbaycanlı futbolçunun xeyrinə edilib.

Yeri gəlmişkən, "Pafos" noyabrın 26-da Konfrans Liqasında Danimarkanın "Mityülland" komandasını qəbul edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO