
- A-
- A
- A+
Nikol Paşinyan jurnalist və media qurumlarını məhkəməyə verdi – Siyahı
Ermənistanın Baş naziri Nikol Paşinyan “Yerevan Today” informasiya agentliyinin baş redaktoru Sevak Akopyana, “Media Plus” MMC-yə və “Hayeli” klubuna qarşı məhkəməyə müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Datalex” məhkəmə informasiya sistemi məlumat yayıb.
Paşinyan böhtan nəticəsində vurulmuş zərərə görə Sevak Akopyandan, “Media Plus” MMC-dən və “Hayeli” klubundan birgə 4 milyon dram təzminat istəyib.
İddianın əsasını noyabrın 19-20-də yayımlanan və baş nazirin ünvanına səslənən materiallar (“yüksək səviyyədə mənimsəmə” və “yüksək səviyyədə korrupsiya” mövzusunda) təşkil edir.
Baş nazir beş iş günü ərzində həmin məlumatları yayımlayan YouTube kanallarında, xəbər saytlarında və Facebook səhifələrində təkzib edilməsini və videoformatda verilməsini tələb edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































