Azərbaycanda dini təhsil alan qızların sayı açıqlanıb - Video

Azərbaycanda dini təhsil alan qızların sayı açıqlanıb - Video

Hazırda oxunan: Azərbaycanda dini təhsil alan qızların sayı açıqlanıb - Video
649370
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda dini təhsil alan qızların sayı açıqlanıb.

Bizim.Media xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı bu barədə məlumat verib.

O, bildirib ki, hazırda Azərbaycan İlahiyyat İnstitutunda təhsil alan 318 tələbədən 98-i qızdır. Bundan əlavə, 4 qız magistratura səviyyəsində təhsil alır.

Onun sözlərinə görə, indiyədək institutun bakalavriat səviyyəsini 126, magistraturanı 13, doktoranturanı 5, dissertanturanı isə 1 qadın bitirib. Beləliklə, Azərbaycan İlahiyyat İnstitutunun ümumilikdə 145 qadın məzunu var.

Bakı İlahiyyat Kollecində isə hazırda 19 qız təhsil alır. İndiyədək kolleci 4 qız bitirib.

Ramin Məmmədov bu məlumatları qadınların dini təhsil imkanlarının genişləndirilməsi ilə bağlı çıxışı zamanı səsləndirib.


Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO