Sulutəpədə iki mərtəbəli ev yandı - FOTO/VİDEO

Sulutəpədə iki mərtəbəli ev yandı - FOTO/VİDEO

Hazırda oxunan: Sulutəpədə iki mərtəbəli ev yandı - FOTO/VİDEO
649292
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Aran küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 300kv.m. olan kürsülü ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənərək bitişik yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsi 150kv.m. sahədə, dam örtüyü və pilləkən qəfəsi yanıb.

Fərdi yaşayış evinin birinci mərtəbəsi və bitişik yerləşən tikililər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.



Sulutəpədə iki mərtəbəli ev yandı - FOTO/VİDEO - foto 1
Sulutəpədə iki mərtəbəli ev yandı - FOTO/VİDEO - foto 2
Sulutəpədə iki mərtəbəli ev yandı - FOTO/VİDEO - foto 3
Sulutəpədə iki mərtəbəli ev yandı - FOTO/VİDEO - foto 4


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO