Bahalı çörəklərin görünməyən tərkibi – Əslində nə yeyirik?

Bahalı çörəklərin görünməyən tərkibi – Əslində nə yeyirik?

Hazırda oxunan: Bahalı çörəklərin görünməyən tərkibi – Əslində nə yeyirik?
649266
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Günlərlə kiflənməyən, üstü kətan, günəbaxan, balqabaq tumları ilə bəzədilmiş,  bahalı çörəklər marketlərin vitrinlərində günbəgün artır. Sağlamlığına sərmayə qoyan alıcı düşünür ki, belə çörəklərlə daha keyfiyyətli qidalanır. Halbuki sağlam çörəyin əsas göstəricisi onun görünüşü və qiyməti deyil, unun növü, toxumların real faydası və çörəyin ümumi tərkibidir.

Bəs bu çörəklər necə belə uzun müddət təzə qalır, yoxsa tərkibindəki əlavə qatqılar hesabına kiflənmir?

Qida üzrə mütəxəssis Fazil Şıxməmmədovun Bizim.Media-ya açıqlamasına görə, çörəyin uzunmüddətli qalması üçün onu kifləndirən maya göbələklərinin inkişafını ləngitmək lazımdır. Bunun üçün də  bəzi qatqılardan istifadə olunması qaçılmazdır:  

“Xüsusən də kalsium propionat və natrium propionat qatqıları olur ki, çörək sənayesində geniş istifadə olunur. Kiflənmənin qarşısını alır, çörəyin tez xarab  olmasını əngəlləyir. Ona görə alıcılar belə bahalı çörəyi alanda ərinmədən onun inqriedient kağızını oxusunlar ki, belə qatqılardan uzaq dursunlar. Kağızda həmin konservantlar E282, E281 olaraq göstərilir”.

 

Mütəxəssis deyir ki, ümumiyyətlə toxumlu çörəyin bahalı olması onun avtomatik olaraq sağlam olması demək deyil. Toxumların çörəyə əlavə olunması müsbət cəhətdir. Onlar lif, zülal və minerallarla zəngindir. Ancaq çörəyin əsas hissəsi yenə də hansı undan hazırlandığı və necə yoğrulduğu ilə müəyyən olunur.


“Yaxın keçmişə qədər nənələrimiz acıtma xəmirlə çörək bişirirdilər. Bu, heç bir konservant olmadan çörəyi uzun müddət saxlayırdı. Belə çörəyin boyat halı da dadlı olurdu. Nənələrimiz bunu bir-birinə təcrübə yolu ilə ötürürdülər, bəlkə də çoxu heç bilmirdi ki, turşudulmuş xəmirdə fermentasiya prosesi gedir və bu zamanı yaranan üzvi turşular kifin inkişafını ləngidir. Həmçinin saxlanma şəraiti də çox gözəl düşünülmüşdü, emallı qablarda pambıq parçaya bükülürdü, bu da çörəyin nəmini, qabın rütubətini hopdurduğu üçün çörək uzunmüddətli olurdu. İndi çoxumuzdakı kimi polietilen paketlərdə saxlanmırdı”.

Mütəxəssis tövsiyə edir ki, bahalı çörəkləri almamışdan öncə onun tərkibi dəqiq oxunmalıdır, tam buğda unu və ya digər tam taxıl növü olmalıdır. Çörəyin rənginə, üstündəki toxumlara, yaxud “bio”, “natural” yazılarına alıcılar aldanmamalıdır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO