Rusiya Zaporojyeyə zərbə endirdi: 2 ölü, 22 yaralı var – Video

Rusiya Zaporojyeyə zərbə endirdi: 2 ölü, 22 yaralı var – Video

Hazırda oxunan: Rusiya Zaporojyeyə zərbə endirdi: 2 ölü, 22 yaralı var – Video
649334
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya qoşunları noyabrın 24-də Ukraynanın Zaporojye şəhərinə zərbələr endirib. Hücum nəticəsində fərdi yaşayış evi dağılıb, beşmərtəbəli bina qismən məhv olub, digər tikililərə, avtomobillərə və nəqliyyat infrastrukturu obyektinə ziyan dəyib.

Bizim.Media xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbərinin səlahiyyətlərini icra edən Mixail Semikin məlumat verib.

Onun sözlərinə görə, Rusiya hücumu nəticəsində iki nəfər ölüb, daha 22 nəfər yaralanıb.

Yaralılar arasında 6 və 16 yaşlı iki uşaq da var. Onların hamısına zəruri tibbi yardım göstərilir.

Yaralı qadınlardan birinin vəziyyəti ağırdır. O, kəllə-beyin travmaları alıb.

Xatırladaq ki, bundan əvvəl Kiyevin Şevçenko rayonunda, şəhər mərkəzində qalıqların düşməsi nəticəsində avtomobil yanıb və xəsarət alanlar olub.

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Rusiyanın enerji şəbəkələrini və elektrik xətlərini məhv etmək taktikasından istifadə etdiyini bildirmişdi. Onun sözlərinə görə, Rusiya Odessanı, Odessa və Dnepropetrovsk vilayətlərini enerji mənbələrindən təcrid etməyə çalışır.

Rusiya Zaporojyeyə zərbə endirdi: 2 ölü, 22 yaralı var – Video - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO