Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı rəsmi açıqlama

Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı rəsmi açıqlama

Hazırda oxunan: Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı rəsmi açıqlama
649344
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Hacıqabul rayonunda Namiq Babayevin açıq kanalizasiya quyusuna düşərək həyatını itirməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir".

Bizim.Media xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yaydığı açıqlamada belə bildirilib.

Əlavə olunub ki, Hacıqabul rayonunda, ümumiyyətlə, kanalizasiya şəbəkəsi mövcud deyil.

İlkin araşdırmalar zamanı hadisənin yaşayış evlərinin həyətyanı sahələrindən axıdılan məişət sularının keçdiyi kiçik su arxında baş verdiyi müəyyən edilib. Həmin arxların dərinliyinin, adətən, 15-20 santimetr təşkil etdiyi və kanalizasiya infrastrukturu ilə əlaqəsinin olmadığı açıqlamada vurğulanıb.

Qeyd edilib ki, mərhumun səhhətində əvvəllər də problemlər olub. Ona görə də, hadisənin onun səhhəti ilə əlaqədar müvazinətini itirməsi nəticəsində baş verməsi ehtimalı istisna edilmir.

Ölümün dəqiq səbəbi müvafiq araşdırma və tibbi ekspertizanın nəticələri əsasında müəyyən ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO