Məleykə Abbaszadənin BDU-da tələbələrlə ilk görüşü – Foto

Məleykə Abbaszadənin BDU-da tələbələrlə ilk görüşü – Foto

Hazırda oxunan: Məleykə Abbaszadənin BDU-da tələbələrlə ilk görüşü – Foto
649354
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında III yeri tutan BDU komandasının üzvləri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, rektor tələbələrin keyfiyyətli təhsil almaqla yanaşı, elmi tədqiqatlara maraq göstərməsinin və intellektual müsabiqələrdə fəal iştirakının sevindirici hal olduğunu bildirib.

Məleykə Abbaszadə gənclərin Azərbaycan dilini, eləcə də xarici dillərdən birini mükəmməl bilmələrinin vacibliyini vurğulayaraq, tələbələrin əcnəbi dillərə marağının artırılması ilə bağlı təkliflərin nəzərdən keçiriləcəyini qeyd edib.

Tələbələrlə kommunikasiyanın gücləndiriləcəyini və onların təşəbbüslərinə hər zaman açıq olacağını diqqətə çatdıran rektor universitetin gənclər təşkilatlarının fəaliyyəti ilə də maraqlanıb.

Daha sonra rektor “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında qalib olan komanda üzvlərinin təkliflərini dinləyib. 

Sonda tələbələrə hədiyyələr təqdim olunub.

Məleykə Abbaszadənin BDU-da tələbələrlə ilk görüşü – Foto - foto 1
Məleykə Abbaszadənin BDU-da tələbələrlə ilk görüşü – Foto - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO