Deputat: “Sosial şəbəkələr söyüş platformalarına çevrilib”

Deputat: “Sosial şəbəkələr söyüş platformalarına çevrilib”

Hazırda oxunan: Deputat: “Sosial şəbəkələr söyüş platformalarına çevrilib”
649372
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu gün artıq sosial media müasir dövrün ən təhlükəli və dağıdıcı silahlarından birinə çevrilib. Çox təəssüf ki, artıq bu şəbəkələr öz həqiqi mahiyyətini itirərək təhqir və söyüş platformalarına çevrilib”.

Bizim.Media xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, sosial şəbəkələr getdikcə insanların beyin və düşüncələrinə daha çox mənfi təsir göstərir:

"Bütün bunlar isə bu sahənin çevik tənzimlənməsini və bu istiqamətdə daha ciddi addımların atılmasını zəruri edir. Əslində, bu gün bu platformalarda baş verənlər fikir və düşüncə azadlığı deyil, beyinlərin yuyulması, manipulyasiya və vətəndaşı öz dövlətinə düşmən etmək cəhdləridir. Bütün bunların fonunda isə hələ də çoxumuz qarşıda bizi hansı təhlükələrin gözlədiyini tam bilmirik. Bunlar isə ölkəmizdə ideoloji işin daha da gücləndirilməsini zəruri edir".

Deputat qeyd edib ki, ideoloji istiqamətdə həyata keçirməkdə olan tədbirlərdən biri də Vətən müharibəsində qələbənin əhəmiyyətini ictimai şüurda daha da möhkəmləndirmək və bu istiqamətdə ardıcıl sistemli tədbirlərin həyata keçirilməsidir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO