
- A-
- A
- A+
Azərbaycanda ən çox boşanma qeydə alınan şəhər və rayonların siyahısı
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 15 030 boşanma halı qeydə alınıb.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, boşanmaların sayına görə ilk sırada Bakının Xətai rayonu qərarlaşıb.
Belə ki, hesabat dövründə rayonda 651 boşanma qeydə alınıb.
Ən çox boşanma qeydə alınan şəhər və rayonların siyahısı belədir:
Xətai rayonu – 651
Sumqayıt şəhəri – 621
Yasamal rayonu – 556
Gəncə şəhəri – 499
Binəqədi rayonu – 478
Abşeron rayonu – 464
Suraxanı rayonu – 427
Nərimanov rayonu – 423
Ağdam rayonu – 416
Sabunçu rayonu – 403
Bakı şəhəri üzrə ümumilikdə 4 358 boşanma qeydə alınıb. İlk onluqda yer alan şəhər və rayonların payına ölkə üzrə boşanmaların 32,9 faizi düşüb.
Qeyd edək ki, 2026-cı ilin ilk doqquz ayında ölkə üzrə boşanmaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 450 fakt və ya 2,9 faiz azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə ölkədə 31 085 nikah da qeydə alınıb.
Fəridə, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































