
- A-
- A
- A+
Bələdiyyə torpaqlarının aqibəti ilə bağlı komitə sədrindən açıqlama
"Dövlət ehtiyacları müəyyənləşdirilərkən bələdiyyə mülkiyyətinin hüquqları qorunmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, mülkiyyətin əldə olunması və dövlət ehtiyacları üçün özününküləşdirilməsi ədalətli prinsiplər əsasında həyata keçirilməlidir.
O, xüsusilə bələdiyyə mülkiyyətinin hüquqlarının qorunmasının vacibliyini vurğulayıb:
“Konstitusiyamızda mülkiyyətin formaları göstərilib: dövlət, özəl və bələdiyyə mülkiyyəti. Dövlət ehtiyacları bələdiyyə mülkiyyətinin ərazisini də əhatə edə bilər. Bu zaman bələdiyyə mülkiyyətinin hüquqları nəzərə alınmalıdır. Qanun Konstitusiyadan üstün ola bilməz”.
S.Novruzov kompensasiyanın hansı prinsiplər əsasında müəyyənləşdirilməli olduğu və dövlət ehtiyaclarının əhatə dairəsinin necə müəyyən ediləcəyi ilə bağlı sualların açıq qaldığını qeyd edib.
“Dövlət ehtiyaclarının özü də çox mücərrəd məsələdir. Hansı siyahılar nəzərdə tutulur? Aeroport, yol və s. Sabah kimsə hər hansı məsələni həll etmək üçün bələdiyyə mülkiyyətinə daxil olan ərazini dövlət ehtiyacları adı altında siyahıya salıb, ədalətli olmayan kompensasiya ödəməklə istifadə etmək istəsə, bunu hansı formada müəyyən edə bilərik? Hesab edirəm ki, bu qeyri-müəyyənlikləri aradan qaldırmalıyıq”, - deyə o vurğulayıb.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































