
- A-
- A
- A+
Bellinqem “Real Madrid”lə yeni müqavilə imzalayacaq
İngiltərə millisinin və “Real Madrid” klubunun yarımmüdafiəçisi Cud Bellinqem İspaniya təmsilçisi ilə yeni beşillik müqavilə imzalayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər arasında şifahi razılıq əldə olunub. Müqavilənin rəsmiləşdirilməsi üçün növbəti prosedurların həyata keçirilməsi gözlənilir.
Bildirilib ki, Bellinqem “Real Madrid”in gələcək planlarında mühüm yer tutur. İngiltərəli futbolçu da Madrid klubunda qalmaqdan məmnundur və əməkdaşlığı davam etdirməyə müsbət yanaşır.
Qeyd edək ki, 2026-2027-ci illər mövsümündə Cud Bellinqem “Real Madrid”in heyətində bütün turnirlərdə 17 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































