
- A-
- A
- A+
Azərbaycan banklarının aktivləri 65 milyard manatı ötüb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bank sektorunun kredit portfeli 14% artaraq 34 milyard manatı üstələyib. İlin əvvəlindən bankların biznes kreditləri 17% artaraq 19 milyard manata yaxınlaşıb.
Əhalinin əmanətləri isə 15%-ə yaxın artaraq tarixi rekord səviyyəyə – 18,7 milyard manata çatıb.
Əliyar Məmmədyarov qeyd edib ki, 2023-cü ilin sonu ilə müqayisədə unikal əmanətçilərin sayı 2,2 dəfə artaraq 235 min nəfəri ötüb.
Eyni zamanda, əhalinin əmanətlərində dedollarlaşma tendensiyası davam edir. Hazırda əhalinin əmanətlərinin yalnız 28%-i xarici valyutadadır.
AMB rəsmisi vurğulayıb ki, qeyd olunan göstəricilər bank sektoruna olan etimadın bariz nümunəsidir. (Apa.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































