Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı - Ən çox bu ölkələrdən gəliblər

Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı - Ən çox bu ölkələrdən gəliblər

Hazırda oxunan: Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı - Ən çox bu ölkələrdən gəliblər
649402
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 195 ölkəsindən 2 milyon 80,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 26,6 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,6 faizi İran, 4,9 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan, 3,8 faizi İsrail, 3,5 faizi Pakistan, 3 faizi Özbəkistan, 2,9 faizi Çin, 2,7 faizi Hindistan, 2,2 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,2 faiz olmaqla Almaniya və Böyük Britaniya, 1 faizi Belarus, 12,5 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.

2025-ci ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-oktyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,9 faiz artaraq 111,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,5 faiz artaraq 781,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,5 faiz azalaraq 241,6 min nəfər, digər ölkələrdən gələnlərin sayı 3,1 faiz azalaraq 946,3 min nəfər təşkil edib.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,6 faizi hava, 25,1 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2025-ci ilin həmin ilə müqayisədə bu ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,9 faiz azalaraq 1 milyon 740,4 min nəfər olub. Vətəndaşlarımızın 43,7 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çox), 14,6 faizi Rusiya Federasiyasına (1,9 faiz az), 13,2 faizi Gürcüstana (19,2 faiz çox), 4,9 faizi İrana (47,9 faiz az), 23,6 faizi isə digər ölkələrə (1,1 faiz az) gedib.

Gedənlərin 64,3 faizini kişilər, 35,7 faizini qadınlar təşkil edib.

Cari ilin ilk 10 ayında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69,9 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO