Həkimlər sağ qalmayacağını demişdilər, o isə kitab yazdı: “Mənim hekayəm bitməyib” – Foto

Həkimlər sağ qalmayacağını demişdilər, o isə kitab yazdı: “Mənim hekayəm bitməyib” – Foto

Hazırda oxunan: Həkimlər sağ qalmayacağını demişdilər, o isə kitab yazdı: “Mənim hekayəm bitməyib” – Foto
649421
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Ankara şəhərində yaşayan 22 yaşlı İmran Mənşur körpəlikdən mübarizə apardığı nadir xəstəliyə baxmayaraq, yazıçı olmaq arzusunu reallaşdırıb. Həkimlərin sağ qalacağına ümid etmədiyi gənc iki əməliyyat keçirib, fizioterapiya müalicəsini davam etdirir və yaşadıqlarını “Mənim hekayəm bitməyib” adlı kitabında qələmə alıb.

Bizim.Media xəbər verir ki, İmran 9 aylıq olarkən keçirdiyi qıcolma nəticəsində reanimasiyaya yerləşdirilib.

Təxminən bir ay davam edən müalicədən sonra ailəsinə uşağın sağ qalmayacağı bildirilib. Bir yaşında ona metilmalon asidemiya (MMA) diaqnozu qoyulub.

Xəstəliklə mübarizə aparan gənc iki əməliyyat keçirib. O, 2026-cı ilin fevralında heç bir xüsusi təlim və kənar dəstək almadan kompüterdə yazdığı kitabını nəşr etdirib.

İmran kitabının xüsusi qayğıya ehtiyacı olan insanlara ümid verməsini istəyir. O, gələcəkdə universitetdə kompüter proqramlaşdırması üzrə təhsil almağı və yeni kitab yazmağı planlaşdırır.

“Mənim kimi xüsusi qayğıya ehtiyacı olan insanlar arzularından heç vaxt vaz keçməsinlər. Əsas odur ki, çalışmaq və inanmaq lazımdır. İnsan özünə inananda hər şeyə nail olur”, – deyə o bildirib.

Həkimlər sağ qalmayacağını demişdilər, o isə kitab yazdı: “Mənim hekayəm bitməyib” – Foto - foto 1
Həkimlər sağ qalmayacağını demişdilər, o isə kitab yazdı: “Mənim hekayəm bitməyib” – Foto - foto 2
Həkimlər sağ qalmayacağını demişdilər, o isə kitab yazdı: “Mənim hekayəm bitməyib” – Foto - foto 3
Həkimlər sağ qalmayacağını demişdilər, o isə kitab yazdı: “Mənim hekayəm bitməyib” – Foto - foto 4
Həkimlər sağ qalmayacağını demişdilər, o isə kitab yazdı: “Mənim hekayəm bitməyib” – Foto - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO