
- A-
- A
- A+
Həmin şəkillə bağlı hər şey yalan imiş – Fotolar
Cənubi Sudan Prezidentinin müşaviri Tut Qatluak Manime ilə Rusiyanın bu ölkədəki səfiri Aleksandr Kosmodemyanski arasındakı görüşün fotoları beynəlxalq rezonans doğurub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan təsvirdə Manimenin bədən ölçülərinin süni intellekt müdaxiləsi ilə böyüdüldüyü və fotonun "ərzaq böhranı görüşü" iddiası ilə təhrif edildiyi məlum olub.
Belə ki, sosial mediada sürətlə yayılan versiyalardan birində rəqəmsal müdaxilə yolu ilə Manimenin bədən nisbətlərinin nəzərəçarpacaq dərəcədə böyüdüldüyü diqqət çəkib. Təsvirin süni intellekt və ya digər rəqəmsal redaktə üsulları ilə dəyişdirildiyi ehtimal olunur.
Fotonun həqiqi olub-olmadığını araşdıran istifadəçilər Rusiyanın Cənubi Sudandakı səfirliyinin və Xarici İşlər Nazirliyinin rəsmi mənbələrində dərc olunan orijinal kadrı əldə ediblər. Məlum olub ki, orijinal fotoda Manime sosial şəbəkələrdə yayılan versiya ilə müqayisədə bir qədər fərqli görünür.
Görüşün Cənubi Sudandakı ərzaq təhlükəsizliyi və aclıq probleminə həsr olunduğuna dair iddialar da paylaşılıb.
Lakin Rusiya Xarici İşlər Nazirliyinin görüşlə bağlı yaydığı rəsmi açıqlamada ərzaq böhranı ilə bağlı heç bir qeyd yer almayıb. Rəsmi məlumatda iki ölkə arasında mövcud əməkdaşlıq layihələrinin icrasındakı irəliləyişlərin müzakirə edildiyi və ikitərəfli tərəfdaşlığın inkişafı istiqamətində birgə işlərin davam etdirilməsi barədə razılığın əldə olunduğu bildirilib.
Beləliklə, sosial şəbəkələrdə real foto kimi təqdim edilən görüntünün montaj olunduğu, görüşün məzmunu ilə bağlı yayılan iddiaların isə rəsmi bəyanatla üst-üstə düşmədiyi təsdiqlənib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































