
- A-
- A
- A+
Uill Smitin 42 milyon dollarlıq malikanəsi 2-ci dəfə yandı - Foto
ABŞ-ın Kalabasas şəhərində Hollivud ulduzu Uill Smitə məxsus, dəyəri 42 milyon dollar olan malikanədə yenidən yanğın baş verib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov nəzarətə götürülüb.
Bizim.Media xəbər verir ki, həmin malikanədə 2021-ci ildə də yanğın baş vermişdi.
Onda yanğın zirzəmidə başlamışdı və bir yanğınsöndürən xəsarət almışdı. Ev daha sonra əsaslı təmir olunmuşdu.
Məşhur aktyorun malikanəsi ötən il Paliseydsdə baş verən dağıdıcı meşə yanğınlarından da təsirlənmişdi. Alov evə çatmasa da, ailə təhlükəsizlik məqsədilə təxliyə edilmişdi.
Uill Smit 2003-cü ildə aldığı torpaq sahəsində malikanənin tikintisini 2010-cu ildə başa çatdırıb.
Altı yataq otağı və 13 vanna otağı olan ev bir müddət 42 milyon dollara satışa çıxarılsa da, aktyor onu satmamaq qərarına gəlib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































