2 şagirdə qarşı zorakılıq edən müəllimə həbs olundu - Foto

2 şagirdə qarşı zorakılıq edən müəllimə həbs olundu - Foto

Hazırda oxunan: 2 şagirdə qarşı zorakılıq edən müəllimə həbs olundu - Foto
649348
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İngiltərədə 1980-ci illərin sonlarında iki məktəbliyə qarşı cinsi zorakılıqda təqsirli bilinən 65 yaşlı keçmiş kimya müəlliməsi Salli-En Bouen hökmün elan olunacağı məhkəmə iclasına gəlmədiyi üçün saxlanılıb.

Bizim.Media xəbər verir ki, hadisələr müəllimənin Londonda yerləşən oğlanlar məktəbində işlədiyi dövrdə baş verib.

Həmin vaxt təxminən 20 yaşında olan Bouen 14-15 yaşlı iki şagirdə qarşı zorakılıq edib. O, bu il məhkəmədə cinsi zorakılıqla bağlı yeddi ayrı ittiham üzrə təqsirli bilinib.

Zərərçəkənlərdən biri zorakılığın bir neçə ay davam etdiyini və müəllimənin ona baş verənlər barədə heç kimə danışmaması üçün təzyiq göstərdiyini bildirib.

Bouen noyabrın 20-də Harrou Kral Məhkəməsində keçirilən hökm iclasına gəlməyib.

Onun barəsində həbs qərarı çıxarılıb. Polis keçmiş müəlliməni noyabrın 20-də Hempşir qraflığında saxlayıb. Noyabrın 21-də hakim qarşısına çıxarılan qadın həbs edilib.

2 şagirdə qarşı zorakılıq edən müəllimə həbs olundu - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO