Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

Hazırda oxunan: Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq
649419
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqına üzv Yunanıstan tərəfindən verilmiş pasportda Azərbaycanın Xankəndi şəhərinin adı “Stepanakert” kimi qeyd olunub.

Bizim.Media xəbər verir ki, bu barədə erməni jurnalist Nairi Hohikyan sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, 1978-ci il təvəllüdlü, Yunanıstan vətəndaşlığı almış erməni əsilli şəxsin pasportunda doğum yeri kimi “Stepanakert” yazılıb.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi trend.az-a bildirib ki, faktla bağlı dəqiqləşdirmələr aparılacaq.

Qeyd edək ki, Ermənistan noyabrın 1-dən yeni biometrik pasportların verilməsinə başlayıb.

Yeni sənədlərdə Qarabağda doğulmuş və Ermənistan vətəndaşlığı almış şəxslərin doğum yeri bölməsində ölkə adı kimi “Azərbaycan” göstərilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO