Siyavuş Novruzov Kəlbəcərin işğalı ilə bağlı sirləri açdı – 33 il əvvəl baş verənlər

Siyavuş Novruzov Kəlbəcərin işğalı ilə bağlı sirləri açdı – 33 il əvvəl baş verənlər

Hazırda oxunan: Siyavuş Novruzov Kəlbəcərin işğalı ilə bağlı sirləri açdı – 33 il əvvəl baş verənlər
649378
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Kəlbəcər artıq quruculuq və tikinti meydançasına çevrilib”.

Bizim.Media xəbər verir ki, bunu deputat Səyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Azərbaycan artıq altı ildir işğaldan azad olunan ərazilərin azadlıq günlərini qeyd edir.

S.Novruzov Kəlbəcərin işğal tarixinə toxunaraq şəhərin işğalının ölkə üçün ciddi təhlükələr yaratdığını vurğulayıb:

"Kəlbəcərin işğaldan azad olunması ərəfəsində yada salıram ki, vaxtında AXC-Müsavat iqtidar cütlüyünün Kəlbəcəri necə təhvil verməsi və Kəlbəcərin təhvil verilməsi nəticəsində nəinki Qarabağın, hətta Gəncə kimi bir şəhərin təhlükə altına düşməsinə  hamı şahididir. 

Mən xatırlayıram vaxtında Kəlbəcəri müdafiə etmək, orada sərhədçilərimizə, döyüşçülərimizə dəstək olmaq əvəzinə o vaxtkı Ali Sovetin sədri İsa Qəmbər, dövlət katibi Əli Kərimov Kəlbəcərin icra başçısının toy mərasimində iştirak etməkdən ötrü bir həftə Kəlbəcərə getmişdilər. Nəticə etibarilə Kəlbəcər işğal altına düşdü. 6 il əvvəl isə bir əsgər belə itirməməklə Azərbaycan Prezidentinin cəsarəti nəticəsində Kəlbəcər işğaldan azad olundu".

Deputat qeyd edib ki, bu gün Kəlbəcər artıq quruculuq, abadlıq və tikinti meydançasına çevrilib:

“Azərbaycanın ən strateji nöqtəsi olan Kəlbəcərdə xəstəxanalar, məktəblər tikilir, infrastruktur qurulur, əhalinin köçürülməsi həyata keçirilir. Bu, Azərbaycan Prezidentinin qətiyyətidir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO