“Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur” - Gündüz İsmayılov

“Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur” - Gündüz İsmayılov

Hazırda oxunan: “Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur” - Gündüz İsmayılov
649389
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan xalqının xüsusiyyətlərini onun folklorunda görmək mümkündür. Folklorda qadın və kişinin xarakterini, insan kimi bütün xüsusiyyətlərini müşahidə edə bilərik”.

Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfrans çərçivəsində təşkil edilmiş “Təhsil, elm və maarifləndirmə: cəmiyyətin inkişafında qadın intellektinin gücü” adlı panel müzakirəsində bildirib. 

Onun sözlərinə görə, "Dədə Qorqud", "Koroğlu" və digər dastanlarda ailədə qadının roluna diqqət yetirmək lazımdır. 

"Folklorumuz Azərbaycan qadınının bütöv obrazını əks etdirir. Qadın Tanrıya bənzədilir, ana haqqı Tanrı haqqı ilə eyniləşdirilir. Yaratmaq qabiliyyəti həm yaradana, həm də qadına aid edilir.
Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur. Onun bir qadını var və onlar həyatda birlikdə addımlayırlar. Digər türkdilli xalqların folklorunda da bu xüsusiyyətə rast gəlinir.

Təsəvvür edin, XX əsrin əvvəlləridir, 1905-ci ildir. 1899-cu ildə Bülbül adına Musiqi Məktəbinin yerləşdiyi ərazidə böyük bir pravoslav kilsəsi tikilib. Həmin kilsənin inşası üçün Azərbaycan qadınları öz zinət əşyalarını bağışlayıblar və kilsənin qübbələri həmin qızıllar hesabına tikilib.

Nabat xanım isə öz mehriyyəsindən ayırdığı vəsaitlə Təzəpir məscidinin tikintisinə dəstək verir. Azərbaycanın imkanlı kişiləri ona kömək təklif edirlər. Onların arasında qohumları Şəmsi Əsədullayev, Hacı Sultanəli və Murtuza Muxtarov da olub. Nabat xanım isə onlara belə cavab verib: "Əgər bu qədər qeyrətlisinizsə, birini də özünüz tikin".

Nabat xanım kilsəyə münasibətdə tolerantlıq nümayiş etdirməklə yanaşı, Bakının müsəlman şəhəri olduğunu da nəzərə alırdı. O, kilsənin şəhərin simvoluna çevrilməsini istəmirdi. Bunu məhz Azərbaycan qadını görmüş, hiss etmiş və belə bir addım atmışdı".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO