Amazon meşələrində itkin düşən 74 yaşlı kişi sağ tapıldı – Necə qidalanıb? - Foto

Amazon meşələrində itkin düşən 74 yaşlı kişi sağ tapıldı – Necə qidalanıb? - Foto

Hazırda oxunan: Amazon meşələrində itkin düşən 74 yaşlı kişi sağ tapıldı – Necə qidalanıb? - Foto
649426
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Braziliyada Alsheymer xəstəliyindən əziyyət çəkən 74 yaşlı Janarinu Ferreyra duş Santos Amazon meşələrində 11 gün itkin qaldıqdan sonra sağ tapılıb.

Bizim.Media xəbər verir ki, Makapa şəhərində yaşayan kişi qonşularına baş çəkmək üçün evdən çıxıb və meşədə itib.

Onun axtarışına xilasedicilər, könüllülər və təhlükəsizlik qüvvələri cəlb olunub. Ərazidə helikopter və dronlardan istifadə edilib.

Məlum olub ki, gəncliyində həmin meşələrdə işləyən Santos sağ qalmaq üçün yabanı meyvələrlə qidalanıb, təbii su mənbələrindən su içib və palma yarpaqlarından özünə yataq düzəldib.

O, noyabrın 20-də şəhərdən təxminən 10 kilometr uzaqlıqda, sıx meşəlik ərazidə tapılıb. Həddindən artıq zəifləmiş və ayaqyalın vəziyyətdə olan kişi xəstəxanaya yerləşdirilib.

Xilasedicilərin sözlərinə görə, sıx bitki örtüyü və bataqlıqlar səbəbindən onu meşədən çıxarmaq çətin olub. Nəticədə kəndirlərdən müvəqqəti xərək düzəldərək onu təhlükəsiz əraziyə çatdırıblar.

Amazon meşələrində itkin düşən 74 yaşlı kişi sağ tapıldı – Necə qidalanıb? - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO