
- A-
- A
- A+
Sərnişinlərin nəzərinə - Metronun iş rejimi dəyişdirilir - Foto - Video
Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" – "Barselona" matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.
Bu barədə Bizim.Media-ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, Qırmızı xəttin (M1) bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq. Stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət gücləndiriləcək.
Məlumatda qeyd edilib ki, qarşılaşmadan sonra qatarların hərəkəti "Koroğlu" stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək.
Gün ərzində qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək.
Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə isə iş rejimi dəyişdirilməyəcək.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































