Son dəqiqə: Həbs edilən nazir azadlığa buraxıldı

Son dəqiqə: Həbs edilən nazir azadlığa buraxıldı

Hazırda oxunan: Son dəqiqə: Həbs edilən nazir azadlığa buraxıldı
649423
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin keçmiş ailə və sosial siyasətlər naziri Fatma Betül Sayan Kaya fondunun fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində 19 gün həbsdə qaldıqdan sonra ev dustaqlığı qətimkan tədbiri ilə azadlığa buraxılıb.

Bizim.Media xəbər verir ki, o, fondun fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq həbs edilmişdi. 

Xatırladaq ki, İstanbul Respublika Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması ilə Mübarizə Bürosu tərəfindən kapital bazarlarındakı əməliyyatlara dair aparılan "fon istintaqı" çərçivəsində sabiq nazir 2026-cı il noyabrın 5-də həbs edilmişdi.

İstintaq materiallarına görə, Fatma Betül Sayan Kaya və həyat yoldaşı İlyas Kaya birjada "Özata Denizcilik" (OZATD) şirkətinin səhmləri üzrə insayder (qapalı) məlumatlardan istifadə edərək manipulyativ əməliyyatlar aparmaqda ittiham olunurlar. İddialara əsasən, cütlük 2026-cı ilin aprelində aldıqları yüz minlərlə səhmi investisiya fondlarının ləğvi qərarından cəmi bir gün əvvəl (16 sentyabrda) sataraq təxminən 2,17 milyard lirə (təqribən 43,2 milyon ABŞ dolları) həcmində əməliyyat həyata keçirib və külli miqdarda haqsız gəlir əldə edib. 

Sabiq nazirə qarşı "Kapital Bazarları Qanununa müxalifət" və "cinayətkar təşkilata üzv olmaq" maddələri ilə ittiham irəli sürülüb. Eyni iş üzrə onun həyat yoldaşı İlyas Kaya və Türkiyə Kapital Bazarları Şurasının (SPK) sabiq sədri İbrahim Ömər Gönül barəsində isə ölkədən çıxış qadağası qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO