Gömrük əməkdaşlarının rotasiya qaydası dəyişdirilir

Gömrük əməkdaşlarının rotasiya qaydası dəyişdirilir

Hazırda oxunan: Gömrük əməkdaşlarının rotasiya qaydası dəyişdirilir
649411
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda gömrük orqanlarının vəzifəli şəxslərinin başqa vəzifələrə keçirilməsi qaydalarına dəyişiklik edilməsi təklif olunur. Dəyişikliklərə əsasən, rotasiya əməkdaşların başqa vəzifəyə keçirilməsinin ayrıca hüquqi əsası kimi müəyyənləşdiriləcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, gömrük orqanlarının vəzifəli şəxsləri yuxarı vəzifəyə keçirildikdə, ailə vəziyyətinə görə, tibb komissiyasının rəyinə əsasən səhhətinə görə, yaş həddinə görə, rotasiya qaydasında, gömrük işini aparan icra hakimiyyəti orqanının göndərişi əsasında əyani təhsil müəssisəsinə qəbul olunmaları ilə əlaqədar vəzifədən azad edildikdən sonra təhsillərini başa vurduqda başqa işə keçirilə biləcəklər.

Bundan başqa, əməkdaşların aşağı vəzifəyə keçirilməsi də nəzərdə tutulur. Bu, ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilmənin mümkün olmadığı, attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildiyi və intizam tənbehi tətbiq olunduğu hallarda mümkün olacaq.

Dəyişikliklərin digər mühüm məqamı razılıq məsələsidir. Belə ki, yuxarı vəzifəyə və ailə vəziyyətinə görə başqa işə keçirilmə yalnız əməkdaşın razılığı ilə həyata keçiriləcək.

Layihəyə əsasən, əsasnaməyə əlavə ediləcək yeni maddəyə görə, gömrük orqanlarının vəzifəli şəxslərinin rotasiyasının keçirilməsi qaydasını Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edəcək.

Qeyd edək ki, təklif olunan dəyişikliklərin məqsədi gömrük sistemində kadr idarəçiliyinin təkmilləşdirilməsi, əməkdaşların peşəkar potensialından səmərəli istifadə olunması, struktur və ərazi bölmələri arasında təcrübə mübadiləsinin genişləndirilməsi və xidmətin təşkilinin yaxşılaşdırılmasıdır.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO