Altı uşaq atası Kürdə batdı: "Sözümə baxmadı, getdi" – Video

Altı uşaq atası Kürdə batdı: "Sözümə baxmadı, getdi" – Video

Hazırda oxunan: Altı uşaq atası Kürdə batdı: "Sözümə baxmadı, getdi" – Video
649333
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kür çayının Qazax rayonundan keçən hissəsində boğularaq həyatını itirən Yaqub Məmmədovun faciəli ölümü ilə bağlı yeni təfərrüat məlum olub.

Bizim.Media Baku TV-yə istinadla xəbər verir ki, Yaqub Məmmədov uzun illərdir mal-qaranı otarmaq üçün Kür çayının üzərindən özü düzəltdiyi xüsusi vasitə ilə keçib.

İtkin düşən şəxsin həyat yoldaşı bildirib ki, hadisədən əvvəl ona hava şəraitinin əlverişsiz olması səbəbindən çayı keçməməyi tövsiyə edib:

"Səhər dedim, getmə. Daşqındır, yağış yağır. Sözümə baxmadı. Getdi, heyvanları evə gətirmişdi. Axşam saat 5-ə 10 dəqiqə qalmışdı. 20 ildir bu yoldan keçir, gedib-gəlir. Nəvəm görüb ki, ortada gedir. Çıxıb kömək etmək istəyib. Nəvəm zəng elədi ki, ay nənə, babam batır. Özümüzü çatdırdıq, gəldik gördük ki, yoxdur. Batıb".

İtkin düşən şəxsin qızı isə atasının uzun illərdir bu işlə məşğul olduğunu deyib:

"Mənim 35 yaşım var. 35 ildir gözümü açandan atamı Kürün üstündə görmüşəm. Altı uşağıq. Atamız bizi heyvan saxlamaqla, onları otarmaqla dolandırıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO