Aqil Şirinov: “Kəbin zamanı qadın və kişiyə hüquqları izah edilməlidir”

Aqil Şirinov: “Kəbin zamanı qadın və kişiyə hüquqları izah edilməlidir”

Hazırda oxunan: Aqil Şirinov: “Kəbin zamanı qadın və kişiyə hüquqları izah edilməlidir”
649403
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Kəbin kəsilərkən din xadimləri qadına da, kişiyə də dini nikahda hansı hüquqlara malik olduqlarını izah etməlidirlər.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransın “Gələcəyin dayanıqlı cəmiyyəti: qadınların gücləndirilməsi naminə strateji hədəflər və tərəfdaşlıq” adlı panel müzakirəsində deyib.

Rektor bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Səadət Qəhrəmanovanın kəbin zamanı qadınlara hüquqlarının izah edilməməsi barədə qeydinə cavab olaraq səsləndirib.

O, paneldə iştirak edən din xadimlərinin bu məsələyə diqqət yetirdiklərinə inandığını və maarifləndirmənin gücləndirilməsinə ehtiyac olduğunu bildirib.

“Nikah zamanı o hüquqlar qadına da, kişiyə də başa salınmalıdır. Bu çatdırılmalıdır”, – deyə Aqil Şirinov qeyd edib.

Onun sözlərinə görə, din xadimləri qadın-kişi münasibətləri barədə maarifləndirmə apararkən Məhəmməd peyğəmbərin qadınlara münasibətini, Həzrəti Xədicə və Həzrəti Fatimənin həyatını nümunə göstərə bilərlər. Rektor İslamda və milli adət-ənənələrdə qadına verilən dəyərin bu nümunələr vasitəsilə insanlara çatdırılmasının vacibliyini vurğulayıb.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO