Naxçıvana ayrılan dotasiyanın azaldılmasına Fazil Mustafadan reaksiya

Naxçıvana ayrılan dotasiyanın azaldılmasına Fazil Mustafadan reaksiya

Hazırda oxunan: Naxçıvana ayrılan dotasiyanın azaldılmasına Fazil Mustafadan reaksiya
649383
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan-Ermənistan münasibətləri kontekstində ən vacib məsələlərdən biri TRIPP layihəsinin icrasına başlanmasıdır”.

Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, xüsusilə Naxçıvanın hazırkı vəziyyəti baxımından mühüm əhəmiyyət daşıyır.

“Burada ən başlıca məsələlərdən biri Naxçıvanın indiki durumu ilə bağlıdır. Bildiyiniz kimi, hələ ki bu yol yoxdur və İran üzərindən də bölgədə yaranmış vəziyyətə görə sabit daşınmalar heç də arzuolunan səviyyədə deyil”.

F.Mustafa qeyd edib ki, 2027-ci il dövlət büdcəsində Naxçıvana 198 milyon manat dotasiya nəzərdə tutulub ki, bu da ötən illə müqayisədə 6,4 faiz azdır.

“Fikrimcə, bu məsələ üzərində bir də düşünməliyik, çünki orada yaxşılaşan vəziyyət, hələ ki, yoxdur. Orada hansısa islahatların, iqtisadi canlanmanın həyata keçirilməsi üçün çox ciddi təşəbbüslər var. Amma bütün məsələlərin sonu gəlib yol məsələsinə çıxır. Yol açılmadıqca hansısa ciddi layihəni arzu olunan səviyyədə həyata keçirmək mümkün olmur”.

Deputat əlavə edib ki, Naxçıvanda işsizlik və səhiyyə sahəsindəki problemlər də ciddi narahatlıq doğurur. Xüsusilə xəstələrin müalicə üçün Bakıya gəlib-getməsi maddi çətinliklər yaradır.

“Bəzən müalicə olunmaqdan belə insanlar çəkinirlər, çünki təyyarəyə bilet alıb gəlmək, yanında iki-üç nəfərlə bu müalicəni həyata keçirmək mümkün olmur. Ona görə də düşünürəm ki, hələ ki yollar açılmadıqca bu dotasiyanı azaltmaq doğru addım olmazdı. Hökumət başqa imkanları nəzərə alaraq bu vəsaiti əksinə artırmalıdır ki, heç olmasa xəstəliyə düçar olmuş insanlar pulsuz, ödənişsiz bir dəfə gəlib-getmək imkanı əldə etsinlər”, - deyə Fazil Mustafa qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO