Rusiyada əsirlikdə ölən ukraynalı jurnalistlə bağlı yeni xəbər var

Rusiyada əsirlikdə ölən ukraynalı jurnalistlə bağlı yeni xəbər var

Hazırda oxunan: Rusiyada əsirlikdə ölən ukraynalı jurnalistlə bağlı yeni xəbər var
649339
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyada ukraynalı jurnalist Viktoriya Roşşinanın əsirlikdə ölümü ilə bağlı rəsmi sənədlərdə bir neçə dəfə dəyişiklik edildiyi üzə çıxıb. Məlumatlara görə, onun ölüm tarixi əvvəlcə 16 dekabr 2024-cü il göstərilib, sonradan isə 19 sentyabr tarixinə dəyişdirilib. Ölüm səbəbi ilə bağlı məlumat da yenidən redaktə olunub.

Bizim.Media xəbər verir ki, “Rosstat”ın (Rusiya Dövlət Statistika Xidməti) məlumatlarının sızması əsasında aparılan araşdırmaya görə, 2025-ci ilin fevralında Roşşinanın ölüm qeydi növbəti dəfə dəyişdirilib.

Əvvəlcə ölüm səbəbi naməlum göstərilsə də, sonradan miokardiodistrofiya qeyd olunub. İddialara görə, bu xəstəlik ürək ritminin pozulmasına və ağciyər ödeminə səbəb olub.

Araşdırmada bildirilir ki, jurnalistin ölüm haqqında şəhadətnaməsi dəfələrlə dəyişdirilib, sənədə yeni məlumatlar ən azı 2025-ci il fevralın 11-dək daxil edilib.

Xatırladaq ki, Viktoriya Roşşina 2023-cü ilin avqustunda Ukraynanın işğal olunmuş ərazisində itkin düşüb.

2024-cü ilin aprelində Rusiya hakimiyyəti onun saxlanıldığını təsdiqləyib. Həmin il oktyabrın 10-da isə jurnalistin ölüm xəbəri yayılıb.

Bundan sonra Ukrayna hadisə ilə bağlı araşdırmaya başlayıb. Jurnalistin meyiti üzərində aparılan ilkin araşdırmalar işgəncə və qəddar rəftar əlamətlərini üzə çıxarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO