Lotereyada 10 milyon avro qazandı

Lotereyada 10 milyon avro qazandı

Hazırda oxunan: Lotereyada 10 milyon avro qazandı
649396
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Eurojackpot lotereyasının növbəti tirajında bir iştirakçı 10 milyon avro məbləğində cekpot qazanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Almaniya Lotereya təşkilatı məlumat yayıb.

İsveçdən olan iştirakçı Eurojackpot-un bütün rəqəmlərini düzgün təxmin edən yeganə şəxs olub. O, 15, 28, 29, 34 və 35 rəqəmləri, həmçinin 5 və 9 avro rəqəmlərini doğru seçib.

Beləliklə, lotereyanın əsas mükafatı Skandinaviya ölkəsinə – İsveçə gedib.

İkinci mükafat kateqoriyasında isə beş əsas rəqəmdən əlavə, bir avro rəqəmini düzgün təxmin edən üç iştirakçı qalib gəlib. Onlar Almaniyanın Hessen əyalətindən, Norveçdən və İsveçdən olan şəxslərdir.

“Bild” nəşrinin məlumatına görə, qaliblərin hər biri 579 803,80 avro pul mükafatı əldə edəcək.
Eurojackpot lotereyasının tirajları hər həftənin çərşənbə axşamı və cümə günləri Helsinkidə keçirilir.

İştirakçılar 50 mümkün rəqəm arasından beş əsas rəqəmi, həmçinin 1-dən 12-dək olan rəqəmlər arasından iki əlavə – avro rəqəmini seçirlər. Məqsəd tiraj zamanı müəyyən edilən rəqəmlərin mümkün qədər çoxunu əvvəlcədən düzgün təxmin etməkdir.

Eurojackpot lotereyasında hər tiraj üzrə əsas mükafatın minimum məbləği 10 milyon avro təşkil edir. Cekpotun maksimum məbləği isə 120 milyon avrodur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO