Bakının mərkəzində avtobus yandı – VİDEO

Bakının mərkəzində avtobus yandı – VİDEO

Hazırda oxunan: Bakının mərkəzində avtobus yandı – VİDEO

630820

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb.

Bilavasitə yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO