Onlayn iclasda katibəni qucaqlayan məmur işdən qovuldu - FOTO

Onlayn iclasda katibəni qucaqlayan məmur işdən qovuldu - FOTO

Hazırda oxunan: Onlayn iclasda katibəni qucaqlayan məmur işdən qovuldu - FOTO
262368
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Özbəkistanda onlayn iclas zamanı katibəni qucaqlayan məmur işdən azad edilib.

Bizim.Media xəbər verir ki, Özbəkistanda dövlət qulluqçusunun onlayn iş toplantısı zamanı katibəsi ilə qeyri-etik davranışı ölkə ictimaiyyətində geniş rezonans doğurub. 

Sosial şəbəkələrdə yayılan videoda məmurun videokonfrans zamanı katibəni qucaqladığı və yaxınlıq göstərdiyi aydın görünür. 

Hadisə ictimai və media təzyiqi fonunda qısa müddətdə rəsmi orqanların müdaxiləsinə səbəb olub.

Özbəkistanın müvafiq dövlət qurumları məsələ ilə bağlı araşdırma apararaq məmurun hərəkətlərinin dövlət qulluqçusu etikası ilə uzlaşmadığını və nüfuz zədələyici xarakter daşıdığını bəyan edib. Araşdırmanın nəticəsi olaraq həmin məmur və katibəsi tutduqları vəzifələrdən azad ediliblər.

Özbəkistanın Dövlət Xidmətləri Agentliyi məsələ ilə bağlı açıqlamasında bildirib ki, dövlət qulluqçuları yüksək davranış standartlarına əməl etməli və öz nümunələri ilə cəmiyyətə örnək olmalıdırlar. Qurum həmçinin gələcəkdə bu kimi halların qarşısının alınması üçün nəzarət mexanizmlərinin gücləndiriləcəyini qeyd edib. (Milli.Az)

Onlayn iclasda katibəni qucaqlayan məmur işdən qovuldu - FOTO - foto 1

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO