“Bir il bundan əvvəl ölmüşəm” - Cavan Zeynallı

“Bir il bundan əvvəl ölmüşəm” - Cavan Zeynallı

Hazırda oxunan: “Bir il bundan əvvəl ölmüşəm” - Cavan Zeynallı
9961
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün məşhur qitara ustası, Xalq artisti Rəmişin ölüm xəbəri yayılıb. 
Lakin daha sonra musiqiçinin həyat yoldaşı Gülü açıqlama verərək xəbəri təkzib edib.  

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Xalq artisti Cavan Zeynallı bu cür xəbərlərin onun haqqında dəfələrlə yayıldığını deyib:

“Bir il bundan əvvəl saytlar mənim də ölüm xəbərimi yaymışdılar. Bunlarda hər gün bir məşhuru öldürmək adət halına keçib. Axı bu cür xəbərləri yaymaqla əlinizə nə keçir?”,- deyə o, bildirib.

Xalq artisti səhər Rəmişin ölüm xəbərini eşitdikdə çox məyus olduğunu vurğulayıb. O, reytinq xatirinə insanların bu cür hissləri ilə oynamağın doğru olmadığını bildirib.

“Bu gün səhər Rəmişin ölüm xəbərini eşidəndə çox pis oldum. Artıq insanlar sosial şəbəkələrdə ona rəhmət də oxuyub. Sonradan mənə zəng vurub, xəbərin yalan olduğunu bildirdilər. Allah Rəmişə şəfa versin”.

Aliyə İlyas, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO