
- A-
- A
- A+
DİM bu imtahanı ləğv etdi
Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 4-nə təyin edilən Dövlət qulluğunda fəlaiyyətin davam etdirilməsi imtahanını ləğv edib.
Bu barədə Bizim.Media-ya Qurumdan məlumat verilib.
Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ictimaiyyətin diqqətinə çatdırılmış imtahan qrafikinə əsasən dekabrın 4-də BB vəzifə altqrupu və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının, dekabrın 13-də isə A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanının keçirilməsi nəzərdə tutulub.
"16 noyabr 2026-cı il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində dövlət qulluqçusunun dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün müvafiq sertifikat əldə etməsi ilə bağlı müddəa nəzərdə tutulmayıb. Bununla əlaqədar olaraq, dekabr 4-də keçirilməsi nəzərdə tutulan dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı ləğv edilib. Bu imtahanda iştirak etmək üçün namizədlərin ödədikləri vəsait onların şəxsi kabinet hesablarına qaytarılacaq".
Məlumata görə, dekabrın 4-də BB vəzifə altqrupu və dekabrın 13-də isə A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanı zamanı namizədlərə Dövlət Qulluğu Məcəlləsinin qüvvəyə minmə tarixindən əvvəl müəyyən edilmiş proqram üzrə - qanunvericilik, informatika, Azərbaycan dili və məntiqi təfəkkürlə bağlı suallar təqdim ediləcək.
"İmtahan zamanı qanunvericilik proqramına aid test tapşırıqları Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin qüvvədən düşmüş "Dövlət qulluğu haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunları ilə eyniyyət təşkil edən normaları ilə bağlı olacaq.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin 22.3-cü maddəsinə əsasən 2 il müddətinə qüvvədə olan "Dövlət qulluğu sertifikatı" veriləcək".
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































