Azərbaycan Prezidenti: Latviya ilə dostluq münasibətlərinin möhkəmlənməsi yolunda birgə səylər göstərəcəyik

Azərbaycan Prezidenti: Latviya ilə dostluq münasibətlərinin möhkəmlənməsi yolunda birgə səylər göstərəcəyik

Hazırda oxunan: Azərbaycan Prezidenti: Latviya ilə dostluq münasibətlərinin möhkəmlənməsi yolunda birgə səylər göstərəcəyik
648405
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Bu gün ikitərəfli münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur.

 

Sizin aprel ayında Azərbaycana rəsmi səfəriniz dövlətlərlərarası əlaqələrimizin yeni pilləyə qaldırılması, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün əlverişli şərait formalaşdırmışdır.


İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Latviya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi, həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızın genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, Latviya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO