Kameronun İrəvana səfəri təxirə salındı

Kameronun İrəvana səfəri təxirə salındı

Hazırda oxunan: Kameronun İrəvana səfəri təxirə salındı
648396
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hollivudun məşhur rejissoru, ssenaristi və prodüseri Ceyms Kameron İrəvana səfər etməyəcək.

Bizim.Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat yayıblar.

Məlumata görə, Kameronun tamaşaçılarla görüşü noyabrın 23-də Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində baş tutmalı idi.
 

"Təəssüflə bildiririk ki, Ceyms Kameronla görüş və ondan sonra planlaşdırılan konsert proqramı baş tutmayacaq", – deyə konsertlərin təşkili və prodüserliyi ilə məşğul olan "Mezzo Production" şirkəti "Facebook" səhifəsində qeyd edib.


Şirkət tədbirin ləğv olunma səbəblərini açıqlamayıb, lakin biletlərin tam dəyərinin 5 iş günü ərzində alış zamanı istifadə olunan ödəniş üsuluna avtomatik olaraq geri qaytarılacağını bildirib:

"Əlavə heç bir addım atmağa ehtiyac yoxdur. Yaxın bir neçə gün ərzində məsələ ilə bağlı əlavə izahat verəcəyik", – deyə açıqlamada vurğulanır.

Qeyd edək ki, Ceyms Kameron "Terminator", "Yadlar", "Titanik" və "Avatar" kimi məşhur filmlərin rejissorudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO