Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşdi – Foto

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşdi – Foto

Hazırda oxunan: Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşdi – Foto
648428
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşib, tərkibi təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bu təyinatlar Şuranın İdarə Heyətinin bugünkü iclasında təsdiqlənib.

Bildirilib ki, Şuranın Nizamnaməsinə əsasən, qurumun sədr müavinləri növbəlilik əsasında 2 il müddətinə bu komissiyaya rəhbərliyi həyata keçirirlər. Müzakirələrdən sonra Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin sədrliyi ilə Şikayətlər üzrə komissiyanın 9 nəfərlik tərkibi təsdiq olunub.

Sonra MŞ-nin Media etikası və hüquq komissiyasının (sədr Səadət Məmmədova), Beynəlxalq əlaqələr komissiyasının (sədr Orxan Amaşov), Media ilə dövlət qurumları arasında kommunikasiya komissiyasının (sədr Elşad Eyvazlı), Media subyektləri ilə əlaqələr komissiyasının (sədr Vüqar Rəhimzadə), Sosial media istifadəçiləri ilə əlaqələr komissiyasının (sədr Hacıbəy Heydərli), Dil komissiyasının (sədr Seyfəddin Hüseynli), Media monitorinqi və analitika komissiyasının, Rəqəmsal texnologiya və süni intellekt komissiyasının, həmçinin qurumun nəznindəki Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin (sədr Ayaz Mirzəyev) tərkibləri müəyyənləşdirilib, həmçinin onların fəaliyyət proqramları qəbul edilib.

İclasda MŞ İdarə Heyəti üzvlərinin Şuranın fəaliyyətinin daha da sistemləşdirilməsinə yönələn təklifləri də dinlənilib, bununla bağlı qurumun Katibliyinə müvafiq tapşırıqlar verilib.

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşdi – Foto - foto 1
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşdi – Foto - foto 2
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşdi – Foto - foto 3
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşdi – Foto - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO