Almaniyada vətəndaşlığın verilməsi qaydaları sərtləşdirilir

Almaniyada vətəndaşlığın verilməsi qaydaları sərtləşdirilir

Hazırda oxunan: Almaniyada vətəndaşlığın verilməsi qaydaları sərtləşdirilir
648408
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın hakim koalisiyasına daxil olan Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) bloku və Sosial Demokrat Partiyası (SPD) miqrasiya siyasətində yeni islahatlar paketi üzərində müzakirələr aparır.

Bizim.Media “BILD”ə istinadən xəbər verir ki, təklif olunan dəyişikliklər koalisiya sazişində nəzərdə tutulan müddəalardan daha genişdir.
 

Xristian demokratlar Almaniya vətəndaşlığını əldə etmək üçün ölkədə minimum yaşama müddətinin beş ildən səkkiz ilədək artırılmasını təklif edirlər. Bundan əlavə, ikili vətəndaşlıq imkanının yalnız müstəsna hallarda verilməsini istəyirlər. Bu dəyişikliklər artıq iki pasporta malik olan şəxslərə şamil edilməyəcək.


Həmçinin, alman dili biliyinə dair tələblərin B1 səviyyəsindən B2 səviyyəsinədək yüksəldilməsi planlaşdırılır. Vətəndaşlıq almaq üçün müraciət edən şəxslərin naturalizasiya prosesinin bütün gözləmə müddəti ərzində sosial yardım almasına da qadağa qoyulması təklif edilir.

Bunun müqabilində CDU/CSU Almaniyada işləyən və ya peşə təhsili alan əcnəbilərin ölkədə yaşamaq hüququ əldə etmək imkanlarının genişləndirilməsi ilə bağlı sosial demokratların təklifini dəstəkləməyə hazırdır.

BILD-in məlumatına görə, SPD hələlik koalisiya tərəfdaşlarının təkliflərini nəzərdən keçirir. Yeni islahatlar paketi üzrə ilk danışıqların artıq gələn həftə keçirilməsi mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO